Misirin keçmiş baş naziri 3 il müddətinə azadlıqdan məhrum olundu

Misirin sabiq baş naziri Əhməd Nazif 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərarı Qahirə Cinayət Məhkəməsi çıxarıb. Məhkəmə keçmiş baş naziri həmçinin 1,5 milyon ABŞ dolları məbləğində cərimələyib.
2011-ci ildə sabiq hökumət başçısı 1 il şərti cəza almışdı. Sonradan o, korrupsiyada, rüşvətxorluqda və vəzifə səlahiyyətlərini aşmaqda da təqsirli bilinib.
"Media forum" saytı xəbər verir ki, dövlət ittihamçısı 2004-2011-ci illərdə hökumətə başçılıq etmiş Əhməd Nazifin 10,5 milyon dollar vəsaiti mənimsədiyini bəyan edib.
Əhməd Nazif 2011-ci ildə prezident Hüsnü Mübarək devriləndən sonra, həmin ilin aprelində həbs edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında