Şriftin ölçüsü:
14.09.2012 02:59 | Oxunma sayı: 650
Uduş estafeti Şəkiyə keçdi!
Son 5-6 ay ərzində "5/36" lotereyasında udulan bir neçə sanballı "Cek Pot" sahibləri haqqında dəyərli oxucularımıza ətraflı məlumat vermişik.
İyun ayından başlayaraq, bu tipli lotereyalarda tirajların sayının bir neçə dəfə artması isə "Cek Pot"-ların daha sürətlə artaraq tez bir zamanda kifayət qədər sanballı məbləğə çevrilməsinə və təbii ki, iri uduş sahiblərinin sayının çoxalmasına səbəb oldu. Öz növbəsində müxtəlif bölgələrin lotereya həvəskarları arasında sanki bir uduş yarışı keçirilir. Mart və may aylarında müvafiq olaraq 66 900 və 60 200 manat məbləğində "Cek Pot"-lara sahib olan Lənkəran lotereya sevərlərinin uduş marafonunu bu lotereyanın 434-cü tirajında Bakı şəhər sakini Qurbanov İlyas Şahin oğlu 39 840 manat məbləğində "Cek Pot"u udmaqla dayandırsa da, Lənkəran şəhər sakini Hüseynov Hamlet Rahid oğlu iyul ayında, artıq "6/40" oyununda 18 525 manat məbləğində "Cek Pot"u udaraq cənublu lotereya həvəskarlarını irəli çıxardı. Son tirajlarda "5/36" lotereyasının sürətlə artmaqda olan "Cek Pot"una iddialılar tirajı izləyənlərə həyacanlı anlar yaşatmaqda idilər. Avqustun sonlarında Abşeron rayon sakini Salayev İmaməli Böyükağa oğlu bu iddiasını reallaşdırmağa yaxınlaşsa da son nəticədə 2879 manata da "min bərəkət!" dedi. Bakı şəhər sakini Məmmədov Emin Valet oğlu avqustun 31-də lotereyanın 484-cu tirajında sanballı uduşun bir addımlığında dayanaraq 3250 manat məbləğində uduşla kifayətlənməli oldu. Nəhayət, 485-ci tirajda Şəki rayon sakini İsmayılov Elnur Nazim oğlu 56 524 manat məbləğində "Cek Pot"a sahib oldu. SPACE telekanalının çoxsaylı tamaşaçıları qədim Şəki torpağında hazırlanan videomaterialda həmyerlilərinin Elnura, oyunların təşkilatçılarına ünvanlanan ürək sözlərini dinləyərkən onların gözlərindəki səmimiyyəti sezməyə bilməzdilər. Şübhəsiz ki, canlı yayımda, əlindəki nimçədə 56 524 manat pulu tutan gənc Elnuru seyr edən hər bir tamaşaçı onun sevincinə şərik oldu. Vətənimizin hər obasına, hər evinə belə sevinc yaşamağı arzu edirik. Yeri gəlmişkən, "Azərlotereya" ASC sentyabr ayından başlayaraq "5/36" və "6/40"-ın tirajlarının sayını həftədə 5 dəfəyə (çərşənbə və bazar günləri istisna olmaqla) endirsə də "5/36" və "6/40" oyunlarında qısa müddətdə müvafiq olaraq 12.000 və 49.000 manata yüksələn "Cek Pot"lar xoşbəxt qalibləri gözləyirlər.
Digər lotereyalar da öz həvəskarlarını naümid etmir. "Cek Pot"un məbləği 81.000 manat olan "Uğur" lotereyasında Ağdam sakini Həmidov Yunis Cəlil oğlu hələlik "Kia Rio" avtomobili ilə uğura imza atıb və biz ona həyatda daha böyük uğurlar arzu edirik.
Artıq öz yerini "Klassik loto"ya vermiş "Ailə Sevinci" lotereyasının son tirajlarında hərəyə 3000 manat udmuş Gədəbəy rayon sakini Mustafayev Fazil Kamal oğlu, Masallı şəhərindən Salayev Rahid Səmid oğlu və Bakıdan Babayev Toğrul Qurban oğlu öz uduşlarının sevincini yaşamaqdadırlar. İstər 39 yaşlı, iki övlad atası olan Fazil, istərsə də 30 yaşlı subay oğlan olan Toğrul 56 524 manatın fonunda 3000 manat uduşun onların sevincinə "kölgə salıb-salmaması" sualına qətiyyətlə eyni cavabı verdilər:
Hərənin öz qisməti var. Allah hamının qismətini yetirsin!
"Ailə Sevinci"nin varisi olan "Klassik Loto" lotereyasının tirajları hər həftənin çərşənbə günləri axşam saat 21:00-da "Space" kanalı vasitəsi ilə canlı yayımlanır və hazırda bütün lotereya həvəskarlarının əsas hədəf kimi gördüyü 132 000 manat "Meqa Pot" məhz bu lotereyadadır. Bazar ertəsi oynayacaq "Binqo"da uduşların çeşidi və iriliyi ilə diqqəti cəlb edir. Fortuna -75000, Binqo-90000 və Super Binqo-128000 manat. Bütün bunlar azmış kimi, bu günlərdə məlum oldu ki, oktyabr ayında "Azərlotereya" ASC ənənəvi "Qızıl Payız" tirajlı lotereyasını həyata keçirəcək.Bu lotereyada istehlakçıları çoxsaylı iri pul uduşları ilə yanaşı 100% uduşlu Toyota "Prado" və Nissan "Juke" avtomobilləri gözləyir. Necə deyərlər, öz payızınızı "Qızıl Payız"la daha bərəkətli edin!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.