"100 böyük şəkili"

Görkəmli şərqşünas alim, akademik Ziya Bünyadovun ziyalılara ünvanladığı bir tövsiyə var. Deyirdi ki, hər biriniz doğulduğunuz kənd, qəsəbə haqqında nəsə bir şey yazıb qoyun. 
Bu gün bölgələrimiz haqqında, onların adət-ənənələri barədə kifayət qədər kitablar nəşr olunur. Elə qarşımdakı yeni kitab da Azərbaycanın dilbər guşələrindən biri-Səki ilə bağlıdır. "100 böyük şəkili" adlı bu kitabın tərtibatçısı qələm dostum, istedadlı jurnalist, on beş kitab müəllifi Şahin Aydəmirdir.
Şəki haqqında, onun əsrarəngiz təbiəti ilə bağlı kitablar çox yazılıb.Yeni kitab isə şəkililər haqqındadır. Daha doğrusu, Azərbaycana şöhrət gətirən 100 məşhur şəkili barədədir. Kitabın giriş məqaləsində Şəkinin tarixi, buranın mənəvi dəyərləri barədə qısa məlumat verilmişdir. Orada deyilir ki, Şəkinin görkəmli elm və sənət xadimləri barədə ayrı-ayrı monoqrafiyalar,tədqiqat əsərləri çap olunsa da, bu cür məlumat xarakterli nəşrlər çox azdır. Yeni məlumat nəşri həmin boşluğu doldurmaq baxımından olduqca dəyərlidir.
Kitabı vərəqlədikcə bu torpağın yetirməsi olan görkəmli elm və mədəniyyət xadimləri, ictimai xadimlər, iş adamları barədə müfəssəl məlumatlarla qarşılaşırsan. Bu insanların bir qisminin Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətləri olmuşdur. Elə bu gün də müstəqil Azərbaycanımızın inkişafına xidmət göstərən dövlət xadimləri, şair və incəsənət adamları haqqında da burada məlumatlar əks olunmuşdur.
Tərtibatçı bu yazıları onların yaşadığı dövrə görə düzmüşdür. Kitab XVIII əsrdə yaşamış Hacı Çələbi xanla başlayır. Burada verilmiş məlumatda deyilir ki, Hacı Çələbi xanın böyük xidmətlərindən biri 1743-1744-cü illərdə Şəkini İranın müstəmləkəçiliyindən azad edərək müstəqil Azərbaycan dövləti olan Şəki xanlığını yaratmasıdır. Hər bir şəxsiyyətin tarixi xidmətləri, yaradıcılığı barədə, elmi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar kitabda geniş əks olunmuşdur. Kitabda bildirilir ki, XIX əsr Şəkinin tarixində əlamətdar dövrdür və bu əsrdə Şəki əsl mənada böyük inkişaf yolu keçmişdir. Həmin dövrdə Şəkidə onlarla elm və mədəniyyət xadimi, ictimai xadim yetişmişdir ki, onlar Azərbaycanın inkişafna öz layiqli töhfələrini vermişlər. Kitaba onlardan bir çoxu barədə məlumatlar salınmışdır. Böyük dramaturq, filosov Mirzə Fətəli Axundzadə, tarixçi alim Fateh təxəllüslü Kərim ağa, maarifçi,dramaturq Rəşid bəy Əfəndiyev, aşıq Molla Cümə, ədəbiyyatşünas Salman Mümtaz və başqaları barədə kitabda materiallar öz əksini tapmışdır. Qeyd edim ki, kitabda verilən materiallar qısa, lakin anlaşıqlıdır.
Azərbaycan Ortopediya və Travmotologiya Elmi Tədqiqat İnstitutunun yaradıcısı Azad İsmayılov, 47 yaşında akademik seçilmiş Cəbrayıl Hüseynov, 36 yaşında Azərbaycan KP MK-nın ideologiya üzrə katibi seçilən Nazim Hacıyev haqqında yazılar maraqla oxunur.
Kitabda bizim dövrümüzdə yaşayıb-yaratmış insanlar barədə də müfəssəl məlumat verilmişdir.Onlar arasında xalq yazıçısı Bəxtiyar Vahabzadə, xalq artisti Lütfəli Abdullayev, xalq artisti, kinorejissor Rasim Ocaqov, ədəbiyyatşünas alim Yaşar Qarayev, mərhum pianoçu, əməkdar artist Vaqif Mustafazadə, türkoloq Aydın Məmmədov və başqaları vardır. Bu gün müstəqil Azərbaycanın dovlət quruculuğunda yaxından iştirak edən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına xidmət göstərən insanlar, eyni zamanda, ölkədə sahibkarlığın inkişafına xidmət edən iş adamları haqqında da kitabda xeyli material toplanmışdır. Onu da qeyd edək ki, bu kitab yalnız 100 nəfər şəkili haqqında məlumatı əks etdirir. Ancaq onlar sayca daha çoxdur.Yəqin ki, gələcəkdə bu kitabın yeni nəşrləri də işıq üzü görəcək və onlar Şəkinin görkəmli şəxsiyyətləri barədə daha ətraflı məlumatları oxuculara çatdıracaq.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında