"Kibernetika və informatika problemləri" IV Beynəlxalq konfransı öz işini davam etdirir

Dünən İnformasiya Texnologiyaları İnstitutunda "Kibernetika və informatika problemləri" IV Beynəlxalq konfransı öz işini davam etdirmişdir. 
Tədbiri Çexiya Respublikasından gəlmiş Hradec Kralove Universitetinin professoru Hana Skalska açaraq iştirakçıları salamladı. H.Skalska Avropa ölkələrində elektron dövlət proqramlarının həyata keçirilməsi haqqında məlumat verdi. O, Avropa ölkələrində həyata keçirilən layihələrin müsbət və mənfi cəhətləri haqqında danışdı.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı sektor müdiri Rəna Qasımova "Verilənlər xəzinəsinin qurulması məsələsində domen adlarının kateqoriyalı qeydiyyat verilənlərinin identifikasiyası" mövzusunda çıxış etdi. Azərbaycan Respublikasının maraqlarına xidmət edən domen adlarının qeydiyyat verilənlərinin, verilənlər xəzinəsinə gətirilməsi, orada emalı, təmizlənməsi və identifikasiyası məsələlərinə baxılması üçün metod təkliflərini irəli sürdü.
Konfransda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı sektor müdiri İradə Ələkbərova "Vikipedia mühitində gizli münasibətlərin və informasiya təsirlərinin aşkarlanması" sisteminin yaradılması mövzusunda çıxış etdi.

{nl}


Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında