Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilmişdir

Sentyabrın 13-də Baş Prokurorluğun Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Texniki Universitetinin idman sarayında prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı keçirmişdir. Sənədləri qəbul edilmiş namizədlərdən 442 nəfəri test imtahanında iştirak etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbul kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlətimizin başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.
Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 10 müsabiqə əsasında prokurorluq işçilərinin təxminən 50 faizini təşkil edən 499 gənc hüquqşünasın işə qəbul edilməsi həyata keçirilən islahatların uğurlu nəticəsidir.
Cari il may ayının 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş növbəti 11-ci müsabiqənin şərtlərinə cavab verən 461 namizədin (onlardan 54-ü qızdır) sənədləri qəbul edilmiş və həmin namizədlər müsabiqənin ilkin test imtahanı mərhələsinə buraxılmışlar. Namizədlərin 366-sı Bakı Dövlət Universitetinin, 21-i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 48-i Naxçıvan Dövlət Universitetinin, 26-sı isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Baş Prokurorluğun Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etmişdir. İmtahanı 30-dan artıq hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.
İmtahan başa çatdıqdan sonra TQDK-da namizədlərin cavab kartları yoxlanılmış və müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda 90 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.
Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və AzərTAc-ın (www.azertag.gov.az) internet saytlarında yerləşdirilmişdir.
Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında