Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan Baş nazir Artur Rasizadə bu münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat sahəsində böyük perspektivə malik olduğunu qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir məsələnin həllində digər beynəlxalq qurumlarla yanaşı, Avropa İttifaqının da yaxından iştirakının səmərəli olacağına əminliyini bildirmişdir. Artur Rasizadə bir daha bəyan etmişdir ki, Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcəkdir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində mümkündür.
Filipp Lefort təmsil etdiyi qurumun region ölkələri, o cümlədən Azərbaycan ilə əməkdaşlığın daim genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Regiondakı bütün münaqişələrin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayan qonaq Avropa İttifaqının da bu istiqamətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu demişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında