Alimlər metanolun etanol üzərindəki üstünlüyünü sübut edirlər

İnsan fəaliyyətinin ekologiyamıza böyük ziyan vurduğu texnoloji yeniliklər əsrində bir çox alim digər ənənəvi yanacaq növlərinin yerinə metanolun istifadəsinə keçməyi təklif edir. Metanol ekoloji cəhətdən təmiz enerji mənbəyi hesab olunur və ondan yanacaq kimi istifadə atmosferin çirklənməsini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin metanolun bundan başqa digər mühüm üstünlükləri də vardır.
Etanolun dənli bitkilərdən alınması qida məhsullarının və yanacağın qiymətini artırır və öz istehsal prosesində əvəz etdiyi neftin enerjisinin yarısından çoxunu tələb edir. Təbii qazdan alınan metanol isə qida məhsullarının qiymətinə təsir etmir, hər kilometr üçün yanacaq xərcini azaldır və istehsal prosesində neftdən istifadə tələb olunmur.
Yanacaq qıtlığının olduğu 70-ci illərdə 85 faiz metanol və 15 faiz benzindən ibarət olan yanacaq qarışığı (M85) 15 000-dən çox minik avtomobilində sınaqdan keçirilmişdir. Bu, mühərriklərin sürətinin və vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmış və eyni zamanda yanacaq xərcini əhəmiyyətli dərəcədə azaltmışdır. Bundan əlavə, avtomobillərin alışıb yanma halları 90 faiz azalmışdır.
ABŞ-ın ətraf-mühitin mühafizəsi üzrə EPA agentliyi müəyyən etmişdir ki, əgər Amerikada 200 milyondan çox minik avtomobili və yüngül yük maşını təmiz benzin yerinə Metanol-M85-dən istifadə etsəydi, yanğınların sayındakı azalma ildə 700 insan həyatını xilas edər, 4000 ciddi bədən xəsarətinin və əmlaka dəyən milyonlarla dollar həcmində ziyanın qarşısı alınardı.
Çin artıq bir neçə ildir ki, iri kömür yandıran zavodlarda yanacaq üçün metanol istehsal edir. İsrail bu yaxınlarda özünün ofşor təbii qazından yanacaq üçün metanol istehsal etmək planını bəyan edib. ABŞ-da, İndianapolisdə keçirilən sürət yarışlarında yarış avtomobilləri əla sürət və təhlükəsizlik xarakteristikaları səbəbindən son on il ərzində təmiz metanoldan istifadə edir. Madam ki, M85-in tətbiqi belə məqsədəuyğundur, onda bunun bütün bəşəriyyət üçün nə kimi əhəmiyyəti ola bilər?
Planetin nəhəng təbii qaz ehtiyatları bütün avtomobilləri təchiz edə biləcək miqdarda Metanol-M85 yanacağı istehsal etməyə yetər. Bununla təkcə ABŞ-da yanacaq xərclərini ildə 30 milyard dollar, həmçinin neft ixracına olan ehtiyacı sutkada 5 milyon bareldən çox azaltmaq olardı.
Bərpaolunan enerji mənbəyi, okeanın istilik enerjisinin çevrilməsi metanol istehsalının Çində kömürə əsaslanan istehsal prosesinə nisbətən daha az, təbii qaza əsaslanan istehsal prosesinə nisbətən isə, güman ki, daha çox xərc hesabına başa gəlməsini təmin edə bilər. Əgər enerjinin generasiyasına münasibətdə nə vaxtsa karbon qazı tullantılarına vergi qoyulacaqsa, o zaman Con Hopkins tərəfindən patentləşdirilmiş bu proses metanol istehsalı üçün bütün digərlərindən daha ucuz başa gələn proses ola bilər. Bərpaolunan enerji prosesi təqribən bir ildən sonra Havay sahilləri yaxınlığında açıq dənizdə yerləşən yeni pilot qurğusunda nümayiş etdiriləcəkdir.

{nl}

Kamran BƏDƏLOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında