"Kibernetika və informatika problemləri" mövzusunda IV Beynəlxalq konfrans

Dünən Bakıda "Kibernetika və informatika problemləri" mövzusuna həsr olunmuş IV Beynəlxalq konfrans öz işinə başladı. Konfransı AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, belə mühüm əhəmiyyətli tədbirin Bakıda keçirilməsi son illərdə Azərbaycanda kibernetika və informatika elmlərinin inkişafına əyani sübutdur.
Sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış etdi. Son illərdə ölkəmizdə bu sahədə görülən işlərdən danışdı. Bu ilin sonuna kimi Azərbaycanın kosmik peykinin orbitə buraxılacağını bildirdi. Natiq qeyd etdi ki, Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyi 2014-cü ildə ikinci, 2015-ci ildə isə üçüncü peyki orbitə buraxmağı planlaşdırır. Natiq qeyd etdi ki, "bizim mütəxəssislər yer səthinin tədqiqi ilə bağlı fəaliyyət göstərəcək peyklərin də üzərində çalışırlar. Məqsəd isə gələcəkdə ölkəmizdə aparılacaq tədqiqat işlərində bu peyklərdən istifadə etməkdir".
Qeyd edək ki, mühüm əhəmiyyət kəsb edən bu tədbir ilk dəfə Bakıda 2006-cı ildə keçirilib. Müntəzəm olaraq iki ildən bir keçirilən konfransda ABŞ, Rusiya, İtaliya, Koreya, İran, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələr təmsil olunurlar.
Daha sonra AMEA-nın Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev , İEEE - nin regional nümayəndəsi Mehmet Haseki, Rusiyada dərc olunan "İnformasiya Texnologiyaları" jurnalının baş redaktoru Nikolay Filimonov, Kibernetika və İnformasiya Texnologiyaları üzrə Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov çıxış edərək bildirdilər ki, kibernetika və informatikanın əsas problemləri həll edilmədən bu sahədə innovativ inkişafa nail olmaq mümkün deyil.
Tədbirdə bir daha qeyd edildi ki, bu kimi konfransların keçirilməsinin beynəlxalq əlaqələrin möhkəmləndirilməsində mühüm rolu olacaq.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında