Afaq SULTANOVA: Çox şükür, arzuma çatdım və paralimpiya çempionu oldum

Çox sevincliyəm, demək olar ki sevincimin həddi-hüdudu yoxdur. Hər bir idmançının arzusu çempion olmaqdır. Bu, mənim də ən böyük arzum idi. Çox şükür, arzuma çatdım və paralimpiya çempionu oldum.
AzərTAc xəbər verir ki, bu sözləri XIV London Paralimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçumuz Afaq Sultanova (57 kq) demişdir.
Vurğulamışdır ki, məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paralimpiyaçılarımız Londonda uğurla çıxış etmişlər. Qazanılan medalların sayına görə iştirakçı ölkələr arasında 27-ci olan Azərbaycanın Paralimpiya Oyunlarında qazandığı nailiyyət göz qabağındadır.
A.Sultanova bundan sonra idmanla daha çox məşğul olacağını və Paralimpiya çempionu adını təkrar qazanacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında