Ramin İBRAHİMOV: Azərbaycan bayrağının Londonda dalğalanması və dövlətimizin himninin səsləndirilməsi çox qürurverici idi

Paralimpiya Oyunlarında qızıl medal qazanmağımda yığma komandanın bütün məşqçilərinin böyük rolu olmuşdur.
Bu sözləri AzərTAc-a müsahibəsində XIV London Paralimpiya Oyunlarının qızıl medalını qazanmış cüdoçumuz Ramin İbrahimov (60 kq) demişdir.
Qızıl medal uğrunda çətin görüşlər keçirdiyini söyləyən cüdoçu Paralimpiya Oyunlarını qalib kimi başa vuracağına inandığını bildirmişdir: "Azərbaycan bayrağının Londonda dalğalanması və dövlətimizin himninin səsləndirilməsi çox qürurverici idi. Öz üzərimdə çalışıb yeni uğurlara doğru inamla addımlamağa çalışacağam. 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Paralimpiya Oyunlarında bu ilk uğurumu təkrarlayıb ikiqat paralimpiya çempionluğunu bayram etmək istərdim".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında