Balakən Rayon İcra Hakimiyyətində dünya çempionu ilə görüş keçirilmişdir

Görüşə bu ilin sentyabr ayının 4-də Tailandın Pattaya şəhərində 50 kiloqram çəki dərəcəsində dünya çempionu olmuş 1994- cü il təvəllüdlü Bazarov Murad Həmzət oğlu və 2011- 2012-ci tədris ilində Balakən Rayon Humanitar və Texniki təmayüllü Liseyi Qızıl medalla bitirmiş Sarayev Qalib Yaşar oğlu və Mamedova Həlimə Mehdihacı qızı dəvət olunmuşdur.
Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Milli Məclisin üzvü Rəbiyyət Aslanova iştirak etmişlər. Tədbirdə rayon gənclərinin təhsildə və idmanda qazandığı uğurlar barədə söz açılmışdır.
Murad Bazarova əldə etdiyi qələbəyə görə televizor hədiyyə olunmuşdur. Liseyin məzunları Sarayev Qalib Yaşar oğlu yüksək - 667 bal toplayaraq Qafqaz Universitetinin "Kompyuter mühəndisliyi" ixtisasına, Mamedova Həlimə Mehdihacı qızı isə 558 bal toplayaraq Azərbaycan Turizm İnstitutunun "Menecment" fakültəsinə qəbul olunmuşlar. Onların hər biri bu qələbə münasibəti ilə kompyuterlə (Noutbukla) mükafatlandırılmışlar.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında