Macarıstanın baş naziri Ramil Səfərovdan danışıb

"Macarıstan bilirdi ki, qətldə təqsirli bilinən Ramil Səfərovun öz ölkəsinə - Azərbaycana verilməsi Ermənistanda əks reaksiyalar doğuracaq". Bunu Macarıstanın Baş naziri Viktor Orban sentyabrın 11-də deyib. Məlumatı "Azadlıq" radiosu "Röyter" agentliyinə istinadla yayıb.
Macarıstan mətbuatı yazmışdı ki, baş nazir belə reaksiyalar barədə xəbərdar edilsə də, bu qərarı verib. Viktor Orban isə mətbuatın yazdıqlarına münasibət bildirərək deyib ki, hökumət daxilində bu məsələ ilə bağlı yekdillik olub: "Hər bir nazirlik öz mövqeyini bildirib. Ədliyyə Nazirliyi hüquqi baxımdan, Xarici İşlər Nazirliyi diplomatik nəticələrlə bağlı öz baxışlarını ortaya qoyub".
Baş nazir qeyd edib ki, o, ümumi prosesin sonunda qərar verib: "Xarici İşlər Nazirliyi hansı nəticələr ola biləcəyi haqda dəqiq proqnoz vermişdi. Əvvəlcədən hesablamadığımız hər hansı bir hadisə baş vermədi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında