Azərbaycan və Türkiyə arasında dövlət qulluğu sahəsində 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanmışdır

"Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"nın imzalanması məqsədilə Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov sentyabrın 11-də Türkiyənin Dövlət Kadrlar İdarəsinin yeni sədri Mehmet Ali Kumbuzoğlu ilə görüşmüşdür.
Komissiyadan bildirmişlər ki, görüşdə Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparmışlar. Bildirmişlər ki, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.
Daha sonra Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"nı imzalamışlar.
Səfər çərçivəsində Bəhram Xəlilov Türkiyə Respublikasının Çalışma və Sosial Güvənlik nazirinin müavini Halil Etyemez ilə də görüşmüşdür.
Görüşdə hər iki ölkənin dövlət qulluğu sahəsində görülmüş işlər müzakirə olunmuşdur. Tədbirdə "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı" barədə geniş məlumat verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında