İqtisadi Əməkdaşlıq Təşkilatında baş katiblik və sədrlik Azərbaycan Respublikasına keçmişdir

İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) baş katibliyin və sədrliyin Azərbaycana keçməsi münasibətilə ölkəmizin İrandakı səfirliyində rəsmi ziyafət təşkil olunmuşdur.
Ziyafətdə İran rəsmiləri və İƏT-in üzvü olan ölkələrin Tehranda akkreditə olunmuş səfirləri, bu təşkilatda rəhbər vəzifələr tutan şəxslər və başqaları iştirak etmişlər. Əfqanıstanlı həmkarından İƏT baş katibinin səlahiyyətlərini təhvil almış yeni baş katib Şamil Ələsgərovu iştirakçılara təqdim edən səfir Cavanşir Axundov əminliklə bildirmişdir ki, təcrübəli diplomat İƏT-in perspektiv imkanlarından daha səmərəli istifadə olunması üçün ciddi səylər göstərəcəkdir.
Xatırladaq ki, İƏT-ə üzv olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün cari il oktyabrın 13-dən 16-dək Bakıda keçirilməsi planlaşdırılır. Bakı sammitindən sonrakı zirvə görüşünədək təşkilatın iclaslarına sədrliyi səfir Cavanşir Axundov vasitəsilə Azərbaycan tərəfi həyata keçirəcəkdir.

{nl}

Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında