Moskvada MDB həmkarlar ittifaqlarının növbəti qurultayı açılmışdır

Moskvanın Əmək sarayında MDB ölkələri həmkarlar ittifaqlarının VII qurultayı açılmışdır. Qurultayda MDB ölkələrinin 10 həmkarlar ittifaqı birliyindən və 28 beynəlxalq sahə həmkarlar ittifaqından 147 nümayəndə, habelə MDB dövlətlərarası qurumların, sahibkarlar birliklərinin təmsilçiləri iştirak edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti qurultayın işində iştirak edir. S.Mehbalıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbriklərini çatdırmış və Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətindən söhbət açmışdır.
Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov qurultayı açaraq həmkarlar ittifaqları birliklərinin məqsəd və vəzifələrindən danışmışdır. Qurultay nümayəndələri 2007-2012-ci illərdə görülən işlər barədə hesabat dinləyəcək, növbəti 5 il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, aktual problemlərə dair qətnamələr qəbul edəcəklər.
Qlobal maliyyə-iqtisadi böhranının nəticələrinin aradan qaldırılması, davamlı iqtisadi inkişafın, inteqrasiyanın təmin edilməsi, yeni iş yerlərinin yaradılması, işçilərin əmək və sosial hüquqlarının müdafiəsi məsələləri qurultay iştirakçılarının diqqət mərkəzində olacaqdır.

{nl}


Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında