"bp" Meksika körfəzində bir neçə neft yatağını satmağı planlaşdırır

"Blomberq" agentliyi yazır ki, "bp" şirkəti Meksika körfəzində bir neçə neft yatağını satmaq barədə qərar qəbul edib. Şirkət 2013-cü ilin sonuna kimi bütövlükdə 38 milyard dollarlıq aktivlərini satmağı planlaşdırır. Xatırladaq ki, 2010-cu ildən sonrakı il yarım ərzində böyük britaniyalılar bu yataqlara 26,5 milyard dollar sərmayə yatırıblar.  
2010-cu ildə Meksika körfəzində "bp"yə məxsus yataqlarda ağır qəza baş vermiş, yüz min tonlarla xam neft körfəz sularına axmışdı. Tətbiq edilən yüksək cərimələrin ödənilməsi üçün şirkətə böyük vəsait lazımdır. Lakin "bp" Meksika körfəzindəki işlərindən birdəfəlik əl çəkmək fikrində deyil. Belə ki, "bp"nin mətbuat xidmətinin rəhbəri Skott Din dünən deyib ki, şirkət körfəzin bir sıra digər neft yataqlarının işlənilməsi və istismarı üzrə müqavilə öhdəliklərini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bir müddət əvvəl "bp" Meksika körfəzindəki ona məxsus olan yataqların aktivlərinin bir hissəsini ABŞ-ın "Tesorp Corporeyşn" şirkətinə satmışdı. Sövdələşmənin dəyəri 1,18 milyard dollar olub.

{nl}

M.HACIXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında