Azərkosmosun əməkdaşları Almaniyada təlimdə olublar

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-nin əməkdaşları Berlində (Almaniya) "Peyk mühəndisliyi" mövzusunda keçirilən təlimdə iştirak ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Təlimdə azərbaycanlı mütəxəssislər kosmik missiyalar və peyk layihələrinin idarə olunması, peyk mühəndisliyi və peyklərin idarə edilməsi, peyk rabitə sistemləri, orbital mexanika, yerüstü stansiya şəbəkəsi, peyk sistemləri və təsisatlarının sınaq prosesi kimi bir sıra mühüm mövzularda konseptual biliklərə, həmçinin peyk mühəndisliyi üçün tələb olunan praktik bacarıqlara yiyələniblər. Sözügedən təlim Almaniyanın Kosmik Texnologiyalar və Mühəndislik təşkilatı tərəfindən təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan bir sıra ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.
Təlim müddətində iştirakçılar Almaniyada, Neusterlitz şəhərində yerləşən məsafədən zondlama peykləri üzrə yerüstü idarəetmə stansiyasına, eyni zamanda, peyk platformalarının yığıldığı laboratoriyaya da baş çəkmiş, yerüstü stansiyanın iş mexanizmi və peyk platformalarının sınaq prosesləri ilə yaxından tanış olmuşlar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında