Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrası problemin həlli üçün ən yaxşı əsasdır

Azərbaycana səfəri çərçivəsində ATƏT-in üzvü olan ölkələrdən 19-nun qurumdakı daimi nümayəndəsi sentyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov Azərbaycanın regiondakı mühüm rolundan, əldə etdiyi siyasi, iqtisadi uğurlardan, Avropaya inteqrasiyasından, hüquqi, demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımlarından, beynəlxalq qurumlarla səmərəli əməkdaşlığından danışmışdır. Bildirilmişdir ki, Avropaya inteqrasiya rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada mövqeləri daha da möhkəmlənmişdir.
Sədr demişdir ki, bu gün qloballaşan dünyada beynəlxalq təşkilatların rolu gündən-günə artır. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in üzvüdür və onların işində yaxından iştirak edir. Rəsmi Bakı ATƏT-in sülhün bərqərar olması, eləcə də demokratiya, insan hüquqları, ətraf mühit və iqtisadi inkişafla bağlı təşəbbüslərini alqışlayır və dəstəkləyir.
Azərbaycanın regiondakı aparıcı roluna toxunan O.Əsədov demişdir ki, ölkəmiz bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır. Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80 faizə qədəri Azərbaycanın payına düşür. Lakin, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir, eyni zamanda, həm region, həm də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdiddir. Hesab edirik ki, bu problem həll olunmadan bölgədə sülhün və təhlükəsizliyin etibarlı təminatı mümkün deyildir.
O.Əsədov səfirləri bu problemin ədalətli həllində, münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpası məsələsində səylərini artırmağa çağırmışdır. Bildirilmişdir ki, bu gün işğalçı ilə işğala məruz qalmış ölkə arasında fərq qoyulmaması, bəzi məsələlərdə qətiyyətsizlik, ikili standartlar münaqişənin həllini ləngidir. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin nizamlanmasına dair qəbul etdiyi qərar və qətnamələrin icrası problemin həlli üçün ən yaxşı əsasdır.
Norveçin ATƏT-dəki daimi nümayəndəsi Robert Kvil demişdir ki, səfərin əsas məqsədi region ölkələri ilə daha yaxından tanış olmaqdır. Səfərimiz çərçivəsində Ermənistanda və Azərbaycanda keçirdiyimiz görüşlər, əldə etdiyimiz məlumatlar bizdə bölgədəki vəziyyətlə bağlı dolğun təəssürat yaradacaqdır. İnanırıq ki, bu cür səfərlər ikitərəfli əlaqələrimizin inkişafı, eləcə də mövcud problemlərin həlli üçün bizə imkan yaradacaqdır.
Sonra görüşdə Azərbaycanın Qərbə inteqrasiyası, ATƏT-lə əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında