Dəmir yolunun Şirvan-Astara sahəsində təmir-bərpa işləri davam etdirilir

Xəbər verdiyimiz kimi, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi dəmir yolunun işində də ciddi problemlər yaratmış, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şirvan-Astara sahəsində mayın 9-da saat 16.30-dan etibarən qatarların hərəkəti dayandırılmışdır.
QSC-dən bildirmişlər ki, iyunun 13-dən etibarən qurum sədrinin müavini Qurban Nəzirovun rəhbərliyi ilə dəmir yolunun Şirvan-Astara sahəsində təmir-bərpa işləri çox mürəkkəb bir şəraitdə davam etdirilir. Görülən işlər nəticəsində Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində 30 metr, Azadkənd-Salmanlı mənzilinin 24-cü kilometrində 20 metr irəliləməyə nail olunmuşdur. Osmanlı-Azadkənd arasında birtərəfli çökmüş yol yatağının 8 kilometri bərpa edilmişdir.
Təmir-bərpa işlərində QSC-nin infrastruktur departamentinin, təmir-bərpa qatarlarının və digər müvafiq strukturlarının kollektivləri çalışırlar.
Ərazidən su tam çəkilmədiyinə görə QSC-nin həkim-sanitar xidmətinin yerli təşkilatları gündə bir neçə dəfə profilaktiki tədbirlər aparırlar. Osmanlı stansiyasında yaradılmış tibb məntəqəsində dəmiryolçular mütəmadi müayinə olunurlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında