"Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin "Hürriyyət Daily News" qəzetinin baş redaktoru Devid Din Cadson və Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz məruzə etmişlər.
Devid Din Cadson Azərbaycan və Türkiyə mediasının iki ölkənin siyasətinə təsiri haqqında danışmışdır.
Azərbaycan və Türkiyə media təmsilçilərinin qatıldığı tədbirdə ölkələrimizin mətbuatında hər iki dövlətin siyasətinin düzgün işıqlandırılması, bu istiqamətdə mövcud problemlər və onların həlli yolları, iki ölkənin media təmsilçiləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında