Azərbaycanın milli brendi 4 milyard dollar bahalaşıb

Bu il Azərbaycanın milli brendinin qiyməti 25 milyard dollara bərabər olub və bu göstərici ilə Azərbaycan 100 ölkəni əhatə edən reytinqdə 79-cu yeri tutur.
"APA-ECONOMICS"in məlumatına görə, "Brand Finance" beynəlxalq şirkətinin hazırladığı ənənəvi illik "Brand Finance Nation Brands 100" reytinqində Azərbaycan bu il bir pillə irəliləyib, brendin qiyməti isə 2011-ci ilə nisbətən 4 milyard dollar artıb.
Reytinqə ABŞ başçılıq edir. Bu ölkənin milli brendinin qiyməti 14,641 trilyon dollar təşkil edir. Bundan əlavə ilk onluğa Çin (4,847 trilyon dollar), Almaniya (3,903 trilyon dollar), Yaponiya (2,552 trilyon dollar), Böyük Britaniya (2,189 trilyon dollar), Fransa (1,963 trilyon dollar), Kanada (1,611 trilyon dollar), Braziliya (1,376 trilyon dollar), Hindistan (1,247 trilyon dollar) və İtaliya (1,104 trilyon dollar) daxildir.
Qeyd edək ki, Türkiyə reytinqdə 19-cu (brendin qiyməti 487 milyard dollar), Rusiya 11-ci (1,058 trilyon dollar), Gürcüstan 99-cu (9 milyard dollar) olub. Ümumilikdə MDB ölkələrindən Azərbaycan, Rusiya və Gürcüstandan başqa reytinqə Ukrayna (45-ci yer, 124 milyard dollar), Qazaxıstan (52-ci yer, 87 milyard dollar) daxil edilib. Ermənistan isə göstərilən 100 ölkənin sırasında yoxdur.
Qeyd edək ki, 100-cü yeri tutan Kamerunun milli brendi 9 milyard dollar səviyyəsində qiymətləndirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında