Azərbaycan İranın zəlzələ bölgəsinə yardımları davam etdirmək niyyətindədir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkənin Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşmüşdür.
Avqustun 11-də vilayətdə baş vermiş zəlzələdə həlak olanların qohumlarına bir daha başsağlığı verən diplomat yaralılara Allahdan şəfa diləmiş və bildirmişdir ki, Azərbaycan İranın bu faciəsini özünün faciəsi kimi qəbul edir. C.Axundov zəlzələ bölgəsinə Azərbaycandan olan yardımının davamı kimi zərərçəkmiş qəsəbələrdən birində müasir məktəbin və yaxud xəstəxananın tikintisi ilə bağlı hökumətimizin təklifini vilayətin başçısının diqqətinə çatdırmışdır.
Zəlzələ bölgəsinə göstərilmiş hərtərəfli yardıma görə Azərbaycan Respublikasına bir daha minnətdarlığını bildirən Ə.Beygi qeyd etmişdir ki, xalqlarımız tarixən pis gündə də, yaxşı gündə də bir-birilərinin yanında olmuşlar.
Səfər çərçivəsində zəlzələ bölgəsinə baş çəkən Azərbaycan səfiri burada aparılan quruculuq və bərpa işləri ilə tanış olmuş, yerli əhali ilə söhbət etmişdir.

{nl}

Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Təbriz


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında