Yaponiyanın maliyyə naziri asılmış vəziyyətdə tapılıb

Yaponiyanın maliyyə və poçt xidməti islahatları naziri Tadahiro Matsusita sentyabrın 10-da Tokiodakı evində ölmüş vəziyyətdə tapılıb.
APA-nın xəbərinə görə, Tokio polisindən nazirin meyitinin asılmış vəziyyətdə tapıldığı bildirilib.
Hadisənin dəqiq səbəbləri hələlik bəlli deyil, nazirin öldürüldüyü və ya özünü öldürdüyü versiyaları araşdırılır. İntihara sövq edə biləcək səbəblər barədə məlumat verilmir. Yalnız o məlumdur ki, nazir həmin günə planlaşdırdığı bir sıra rəsmi görüşləri əvvəlcədən ləğv edib.
Qeyd edək ki, 73 yaşlı Tadahiro Matsusita Yeni Xalq Partiyasının üzvü olub, müxtəlif dövrlərdə nazir postu tutub. O, Sosial sığorta və vergi, Kosmik tədqiqatlar və elmi-texniki siyasət nazirliklərinə rəhbərlik etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında