ABŞ səfiri: "ASALA-nın Azərbaycan səfirliyinə təhdid dolu məktub göndərməsi barədə məlumat bizi narahat edir"

ABŞ-ın Azərbaycandakı səfiri ölkəmizin Budapeştdəki səfirliyinin ünvanına ASALA terror təşkilatı tərəfindən təhdidlərin daxil olmasına dair xəbərlərdən narahatlığını ifadə edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ səfiri Riçard Morninqstar bəyan edib. 
"Mən ABŞ Dövlət Departamentinin Ramil Səfərovla bağlı bəyanatını tam dəstəkləyirəm. Narahatlığım ondan ibarətdir ki, bu hadisə regionda sabitliyi bərqərar etməyə yönəlməyib, əksinə böyük problem yaradır. ABŞ hər iki tərəfin regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən addımlarından narahatdır. Bizi Azərbaycan səfirliyinə ASALA tərəfindən məktub göndərilməsi məlumatı da narahat edir".
Səfir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk qrupunun köməyi ilə konstruktiv istiqamətdə davam edəcəyinə ümidvar olduğunu deyib: "Biz münaqişənin nizamlanması üçün tərəflər arasında dialoqun davam etdirilməsində maraqlıyıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında