Gürcüstanda "Çay Evi" Azərbaycan Gənclər Mərkəzi açılmışdır

Sentyabrın 10-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin növbəti layihəsi olan "Çay evi" Azərbaycan Gənclər Mərkəzi açılmışdır. 
Açılış mərasimində Gürcüstanın Prezidenti Müxail Saakaşvili, hökumət nümayəndələri, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Marneulidə "Çay evi"nin inşası layihəsinə 2010-cu ildə başlanmışdır. Burada fəaliyyət göstərəcək Azərbaycanlı Gənclər Mərkəzində Azərbaycan və gürcü dili kursları, şahmat və rəqs dərnəkləri təşkil olunacaqdır. "Çay Evi" Gürcüstanda Azərbaycan xalqının milli çay dəsgahı ənənəsini dirçəldəcəkdir. Mərkəzin əsas fəaliyyət istiqaməti isə Gürcüstanda yaşayan azərbaycanlı gənclərə gürcü dilini və mədəniyyətini öyrənməkdə kömək göstərməkdir.
Bu, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasında vacib amillərdən biri sayılır. Gənclər Mərkəzinə 25 nəfərə yaxın işçi cəlb olunacaqdır.
Tədbirdə qeyd olunmuşdur ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və Kvemo Kartli regionunun qubernatoru David Kirkitadze arasında imzalanmış Memoranduma əsasən ARDNŞ, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bu bölgəsində kənd təsərrüfatı infrastrukturunun inkişafı, suvarma sisteminin qurulması işində iştirak edəcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında