Şriftin ölçüsü:
10.09.2012 01:03 | Oxunma sayı: 513
Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında rayonda yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Başçı bildirmişdir ki, təhsil müəssisələrinin vəziyyətinə RİH daim nəzarət edir. Yay aylarında təhsil ocaqlarında əsaslı və cari təmir aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlə təmin olunmuşdur.
Daha sonra qeyd olunmuşdur ki, Prezident İlham Əliyev 2011-ci il aprel ayının 20-də Badamdar qəsəbəsində olarkən sakinlərin xahişini nəzərə alaraq 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi üçün sərəncam imzalamışdı. Sərəncamın icrası ilə bağlı RİH müvafiq işlər həyata keçirmiş, həmin məktəb və uşaq bağçası vaxtında tikilərək istifadəyə verilmişdir.
Hazırda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının davamı olaraq 49 saylı orta məktəb üçün 660 şagird yerlik əlavə korpusun, 7 saylı orta məktəb üçün idman, akt zalları və 8 sinif otağı olan yeni korpusun tikintisi aparılır. 49, 50 və 203 saylı orta məktəblərin, "Könül" körpələr evinin əsaslı təmiri başa çatıb. 3 saylı uşaq musiqi məktəbi sökülərək yenidən tikilir, 44 saylı uşaq bağçasında isə əsaslı təmir aparılır.
Təhsil müəssisələrində həyata keçirilən işlərlə yaxından tanış olmaq üçün sentyabr ayının 4-də ölkə başçısı İlham Əliyev Badamdar qəsəbəsinə gələrək yeni tikilmiş 329 saylı orta məktəbin və uşaq bağçasının, sentyabrın 5-də isə 49 saylı "İntellekt" liseyin yeni tədris korpusunun və əsaslı təmir olunmuş köhnə binasının açılış mərasimlərində iştirak etmişdir. Prezident görülən işlərin keyfiyyətindən razı qalmışdır.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının əlavə tədbirlər planına Səbail rayonunda bir il ərzində 7 və 163 saylı məktəblərin, 157 saylı və "Turac" uşaq bağçalarının, 190 saylı məktəbin akt və idman zalının əsaslı təmiri, 70 saylı uşaq bağçasının isə əsaslı təmiri, musiqi zalı və 3 otağının tikintisi nəzərdə tutulmuşdur. Artıq bu işlərə başlanmışdır.
Tədbirdə göstərilmişdir ki, 2011-2012-cu tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 915 nəfəri tələbə adı qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. 87 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Bu il 11 məzun qızıl medal almış, 2 nəfər Prezident təqaüdünə namizəddir. 14 şagird respublika üzrə fənn olimpiadalarının qalibləri olmuşlar.
189 saylı orta məktəb "Ən yaxşı ümumtəhsil müəssisəsi" adını qazanmışdır. Artıq 5-ci ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-i qaliblər sırasında olmuşdur. Səbail məktəblərinində çalışan 46 müəllim "Ən yaxşı müəllim" adına layiq görülmüşdür.
Çıxış edən məzunlar, pedaqoji işçilər və valideynlər təhsil müəssisələrində yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri verilmiş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunmuşdur.
Şura iclasının sonunda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanundan irəli gələn vəzifələr də müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
Rayon təsərrüfatının, müəssisə və təşkilatların, xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı görülən işlər də müzakirə edilmiş, xidmət rəhbərlərinə müavifq tapşırıqar verilmişdir.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.