"Yaddan çıxmaz Qarabağ" mövzusunda müsabiqə keçirilir

Xocavənd Rayon İcra Hakimiyyəti rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ərəfəsində "Yaddan çıxmaz Qarabağ" mövzusunda müsabiqə elan etmişdir. 
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, müsabiqəyə Qarabağ bölgəsinin tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsini və digər mövzuları əks etdirən məqalələr, telesüjet və sənədli filmlər təqdim oluna bilər. Məqalələr 5 min işarədən, telesüjet və sənədli filmlər isə 2 dəqiqədən az olmamalıdır. Müsabiqəyə ingilis və rus dilləri üzrə də yazılı və video materiallar təqdim oluna bilər.
Mətn və video materiallar nominasiyalarının hər biri üzrə birinci yer üçün 500 manat, ikinci yer üçün 300 manat, üçüncü yer üçün isə 200 manat məbləğində mükafat müəyyənləşdirilmişdir. Bundan başqa, hər nominasiya üzrə həvəsləndirici mükafatlar (hər biri 100 manat) da nəzərdə tutulur.
Müsabiqə materialları oktyabrın 10-dək qəbul ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında