Bakı qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Artıq bu məqsədlə ölkənin bütün regionlarında mühüm işlər görülür, mövcud şəbəkələr yenilənir, əlavə xətlər çəkilir. Son zamanlar bu işlər Bakı şəhərində və ətraf qəsəbələrdə də xeyli intensivləşmişdir.
Məlumat üçün bildiririk ki, "2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı"nda da paytaxt sakinlərinin fasiləsiz və keyfiyyətli su ilə təchiz edilməsi məqsədilə mühüm tədbirlər nəzərdə tutulmuşdur. Proqramın icrasına başlanıldığı vaxtdan ötən dövr ərzində Bakıətrafı qəsəbələrdə bununla bağlı xeyli iş görülmüş, paytaxtın bəzi yaşayış məntəqələrinə içməli suyun fasiləsiz verilməsi təmin olunmuşdur.
Hazırda Bakı şəhəri Qaradağ rayonunun Puta qəsəbəsində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi məqsədi ilə yeni layihə həyata keçirilir. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə çərçivəsində müxtəlif diametrli ümumi uzunluğu min metrdən çox olan polietilen borular vasitəsilə yeni su xətləri çəkilir, siyirtmələr quraşdırılır. Layihə başa çatdıqdan sonra qəsəbədə 563 abonent (528-i əhali, 35-i isə qeyri-əhali olmaqla) fasiləsiz içməli su ilə təmin olunacaq. Ötən ay icrasına başlanmış həmin layihənin sentyabrın sonlarına qədər başa çatdırılması nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ötən il Qaradağ rayonunun Lökbatan, Sahil və Korgöz qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr həyata keçirilmişdir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında