Türkiyənin cənub-şərqində hərbi hissəyə hücum edən terrorçulara qarşı keçirilən əməliyyatlarda öldürülən terrorçuların sayı 50-yə çatıb

Sentyabrın 2-də Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Beytüşşebap qəsəbəsindəki hərbi hissəyə hücum edərək 10 əsgəri öldürən PKK terrorçularına qarşı aparılan əməliyyat davam edir. 
APA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Kato dağında aparılan əməliyyat zamanı 30 nəfərlik terrorçu qrupun bir mağarada gizləndiyi müəyyənləşib. Mağaraya hərbi təyyarə və hərbi helikopterlər vasitisilə zərbələr endirilib. Mağaradakı 30 terrorçunun hamısı öldürülüb. Xatırladaq ki, Beytüşşebapda baş verən döyüşdə də 20 terrorçu məhv edilmişdi. Beləliklə, hərbi hissəyə hücum edən terrorçulardan 50-si zərərsizləşdirilib. Əməliyyat davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında