İran XİN Kanadanın İranla diplomatik əlaqələrini dondurmasına münasibət bildirib

İran Xarici İşlər Nazirliyi Kanadanın İranla diplomatik əlaqələrini dondurmasına münasibət bildirib. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib ki, Kanadanın Baş naziri Stiven Harperin rəhbərlik etdiyi hökumət İrana qarşı mənfi mövqeyi ilə tanınır: "Bu hökumət daha əvvəl İran xalqı, hökumət rəsmiləri və Kanadada yaşayan iranlılar üçün Tehrandakı səfirliyinin konsulluq xidməti göstərməsini dayandırıb, eyni zamanda Kanadadakı iranlıların bank hesablarını dondurub və bu ölkədə təhsil alan iranlılara pul göndərilməsinə əngəl törətmək kimi müxtəlif cəhdlər göstərib". 
Onun sözlərinə görə, Kanada hökumətinin bu addımı əslində Böyük Britaniya və İsrailin yürütdüyü siyasətə uyğun gəlir: "Kanada bundan əvvəl avqustun 26-31-də Tehranda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısının İranda təşkil edilməsinə də əngəl olmaq üçün böyük səy göstərdi. Lakin beynəlxalq təzyiqlər nəticəsində geri çəkildi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında