Azərbaycan yanvar-iyul aylarında 140 xarici dövlətlə ticarət əməliyyatları aparmışdır

Yanvar-iyul aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 140 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən, 25,7 milyard ABŞ dolları təşkil etmiş, onun 5,3 milyard dolları idxalın, 20,4 milyard dolları ixracın payına düşmüş, 15,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 903,5 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-iyul aylarının səviyyəsini 6,8 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 84,9 faizi İtaliya, İsrail, İndoneziya, Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Almaniya, Çin, Çexiya Respublikası, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ukrayna, Tayvan (Çinin əyaləti), Sinqapur və Tailand dövlətləri, qalan 15,1 faizi isə digər ölkələrlə aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında