Tələbə gənclər təşkilatlarının sədrləri üçün təlimlər təşkil edilmişdir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Xaçmazın Nabran qəsəbəsindəki "Xəzər" istirahət kompleksində ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının (TGT) sədrləri üçün "Liderlik məktəbi" layihəsinin icrasını davam etdirir.
ATGTİ-nin mətbuat xidmətindən bildirmişlər ki, layihə çərçivəsində TGT sədrləri üçün təlimlər təşkil edilmişdir. Hazırda onlar üçün "Layihələrin yazılması və idarə olunması", "Planlaşdırma və iş bölgüsü", "Liderlik və komanda işinin qurulması" mövzularında təlimlər keçirilir.
Peşəkar təlimçilər TGT sədrlərinə mövzulara uyğun foto və video materiallar təqdim etmiş, onlara dünya şöhrətli şirkətlərin iş modelləri barədə məlumat vermiş və suallarını cavablandırmışlar. TGT sədrləri qazandıqları bilikləri öz ali və orta ixtisas təhsil müəssisələrində tətbiq edəcəklər.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə sentyabrın 12-də başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında