Azərbaycanlı deputatın məruzəsi Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyində

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında qarşıdakı payız sessiyasının gündəliyi ilkin variantda təsdiq edildikdən sonra müəyyən dəqiqləşdirmələr aparılmış və artıq gündəlik ictimaiyyətə təqdim edilmişdir. 
AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun məruzəsi də növbəti sessiyanın gündəliyinə daxil edilmişdir. "Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı" adlanan həmin məruzənin Parlament Assamleyasının oktyabrın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. Avropada ali təhsil şəbəkəsinin gələcək inkişaf perspektivləri ilə əlaqədar bir sıra yeni ideyaların və maraqlı layihələrin əks olunduğu bu məruzə üzərində iş il yarım idi ki, davam edirdi.
Deputat Rafael Hüseynov AŞPA-nın mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin iclaslarında məruzəni bir neçə mərhələdə təqdim etmiş, problemlə bağlı Parisdə, UNESCO-nun baş qərargahında dünyanın bir sıra aparıcı universitetlərinin təmsilçiləri və Avropanın məşhur təhsil ekspertlərinin iştirakı ilə dinləmələr də keçirilmişdir.
Rafael Hüseynovun hazırladığı məruzə Avropada ali təhsilin inkişafı və təkmilləşdirilməsi, eləcə də dünyanın əksər ölkələrini qovuşduracaq müştərək təhsil sisteminin formalaşması üçün dəyərli modellər təklif edən araşdırma kimi qiymətləndirilmişdir. Sevindirici haldır ki, azərbaycanlı deputat hər hansı lokal problemlə bağlı deyil, növbəti dəfə ümumavropa səciyyəli vacib məsələ ilə əlaqədar məruzənin müəllifi kimi çıxış edir. Bu, Azərbaycanın Avropa Şurasındakı getdikcə artan nüfuzunun daha bir göstəricisi sayılmalıdır.
R.Hüseynovun ingilis və fransız dillərində tam mətni dərc edilmiş məruzəsinin payız sessiyasındakı müzakirələrdən sonra ayrıca kitab halında nəşr olunması da nəzərdə tutulur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında