Azərbaycan-İsrail oyunu heç-heçə başa çatmışdır

Sentyabrın 7-də futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirmişdir.
AzərTAc xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda İsrail yığmasını qəbul etmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmamışdır.
Fasilədən sonra - qarşılaşmanın 50-ci dəqiqəsində İsrail millisinin futbolçusu Natxo hesabı açmışdır. İnamlı oyun nümayiş etdirən Azərbaycan millisi görüşün 65-ci dəqiqəsində Ruslan Abışovun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirmişdir.
Beləliklə, Azərbaycan-İsrail oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdır. Millimiz növbəti oyununu sentyabrın 11-də Braqa şəhərində Portuqaliya yığmasına qarşı keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında