Azərbaycan və Litva hökumətləri arasında yeni saziş imzalanmışdır

Sentyabrın 7-də Qəbələdəki "Qafqaz Sport" otelində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Litva Respublikasının daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüş zamanı fövqəladə hallar zamanı əməkdaşlıq, iki ölkənin mütəxəssislərinin birgə iştirakı ilə fövqəladə hallar sahəsində kadrların hazırlanması, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilmişdir.
Sonra iki ölkənin hökumətləri arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır.
Litvanın daxili işlər naziri Arturas Melianas və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının Komandanlığının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və nazirliyin akademiyasının fəaliyyəti ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında