Eks-prezidentlərlə bağlı qanunun Əbülfəz Elçibəyin ailəsinə tətbiqi istiqamətində yaxın günlərdə lazımi addımlar atılacaq

"Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında" qanun ölkənin bütün eks-prezidentlərinə və onların ailə üzvlərinə tətbiq olunur.
Bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə üzvlərinə şamil edilir. Mətbuatda bunun əksi ilə bağlı səslənən bəzi fikirlərin həqiqətə uyğunluğu yoxdur".
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA -nın sualını cavablandırarkən demişdir.
O bildirmişdir ki, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında" qanunun müddəalarının tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar vermişdir: "Bu günlərdə Maliyyə Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında