Təbii fəlakət zonasında kompleks işlər davam etdirilir

Təbii fəlakət rayonlarında Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.
Avtomobil və dəmir yolları bərpa olunur, qrunt sularının çəkildiyi kəndlərdə dezinfeksiya işləri aparılır.
Təbii fəlakət baş verən ərazilərdə dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə əsasən kompleks tədbirlər sürətlə həyata keçirilir, böhran vəziyyəti artıq aradan qaldırılmışdır. Köçürülmüş əhali öz evlərinə qayıdır. Dövlət orqanları dağıntıların aradan qaldırılması və əhalinin təhlükələrdən qorunması üçün fəlakət zonasında birgə fəaliyyət göstərirlər.
Kür çayında suyun səviyyəsi xeyli aşağı düşmüşdür, ancaq buna baxmayaraq, qrunt suları hələ də bəzi həyət və əkin sahələrindən çəkilməmişdir. Hazırda Kür boyu ərazilərdə dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə naziri Oqtay Şirəliyevin verdiyi məlumata görə, yoluxucu xəstəliklərlə bağlı tibb məntəqələrinə müraciət olunmamışdır. Nazir zonada epidemioloji vəziyyətin normal olduğunu və dərman preparatları ilə təchizat sahəsində problem yaranmadığını bildirmişdir.
Kür çayının daşması məcburi köçkünlərin yaşadığı qəsəbələr üçün də ciddi təhlükə yaratmışdır. Amma vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində suyun qəsəbəyə axmasının qarşısı alınmışdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sel nəticəsində evləri su altında qalan məcburi köckünlərə tez bir zamanda yeni evlərin veriləcəyini bildirmişdir. Hazırda Kür və Araz çaylarında suyun səviyyəsinin azalması müşahidə olunur və əhaliyə dəyən ziyanın hesablanmsı istiqamətində işlər davam etdirilir.
Su basmış ərazilərdə əkin sahələrinə və mal-qaraya dəyən ziyanın məbləği müəyyən edildikdən sonra dövlət tərəfindən müvafiq qaydada kompensasiya ödəniləcək və fermerlərə güzəştli kreditlər veriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında