Narahat miras

Almanlar bilmirlər ki, Amerikanın nüvə bombalarından necə qurtulsunlar
Almaniyanın "Frankfurter Rundschau" qəzeti xəbər verir ki, yerli hökumət Amerikanın atom bombalarını ölkəsində saxlamağa razılaşmışdır. Almaniyanın xarici işlər naziri Qido Vestervellenin yeritdiyi siyasətin əsas məqsədlərindən biri ölkədən nüvə silahının çıxarılması olsa da belə qərar qəbul edilmişdir.
Söhbət Reynland-Pfalsedəki Byuxel Hərbi Hava Qüvvələrinin bazasında saxlanılan Amerikanın B61 nüvə bombalarından gedir. Yayılan məlumatlara görə, Byuxeldəki anbarda 10-dan 20-yə qədər bomba saxlansa da "soyuq müharibə" dövründə onların sayı 200 idi.
"Frankfurter Rundschau" qeyd edir ki, Amerikanın nüvə bombaları nəinki ölkə ərazisində saxlanılacaq, onlar həm də müasirləşdiriləcək. ABŞ onların müasirləşdirilməsi üçün 4 milyard avro xərcləyəcək. Almaniya isə təhlükə yaranacağı təqdirdə ABŞ-ın nüvə silahlarının lazımi əraziyə çatdırılması üçün istifadə ediləcək "Tornado" reaktiv qırıcı-bombardmançılarının saxlanılmasına 2024-cü ilə qədər 250 milyon avroya yaxın vəsait sərf edəcək.
Mətbuatda verildiyi kimi, ABŞ-ın atom bombalarını AFR-in ərazisində yerləşdirməsi qərarını dəstəkləyən Fransa, Türkiyə və bir sıra Şərqi Avropa dövlətləri hesab edirlər ki, Avropanın təhlükəsizliyi yeni ümumavropa sistemi RƏM-lə kifayət dərəcədə təmin edilməyəcək.
Bundan bir müddət əvvəl AFR hökuməti artıq 2012 və ya 2013-cü ilədək ölkəsindəki nüvə silahından qurtulmağı planlaşdırmışdı. Təxminən 2012-ci ilin mayında Almaniyanın xarici işlər naziri Qido Vestervelle və kansler Angela Merkel Çikaqoda keçirilən NATO sammitində bu mövqedən imtina etdilər. Ekspertlərin rəyinə görə, burada Vaşinqtonla Moskva arasında münasibətlərin müəyyən qədər soyuması heç də az rol oynamamışdır.
Birləşmiş Ştatlar Avropanın ərazisində bütövlükdə 200-ə qədər nüvə bombası yerləşdirmişdir. "Soyuq müharibə"nin bitdiyi vaxtdan sonra bu silahın yönəldilə biləcəyi potensial düşmən qeyri-müəyyən olaraq qalmaqdadır. Hərçənd 1990-cı illərdə ABŞ özünün Avropadakı nüvə arsenalını 90 faizə qədər azaltmışdır. ABŞ-ın dövlə katibi Hillari Klinton qeyd etmişdir ki, "nə qədər ki, nüvə silahı mövcuddur, Şimali Atlantik İttifaqı nüvə alyansı olaraq qalacaq".

{nl}

Səadət RZAYEVA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında