Rusiyada "Əhalinin məşğulluğuna yardım" proqramı hazırlanıb

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi (ƏSMN) "Əhalinin məşğulluğuna yardım" adlı yeni proqram hazırlayıb. Sənədin adından da göründüyü kimi, məqsəd Rusiyada əmək qabiyyətli əhalinin məşğulluğunu yaxşılaşdırmaqdır. Bu barədə məlumatı RİA-Novosti agentliyi ƏSMN-nin rəsmisi Tatyana Blinovaya istinadən yayıb. 
T.Blinovanın sözlərinə görə, proqram 2013-2020-ci illəri əhatə edir və üç hissədən ibarətdir. Proqramın birinci hissəsində işsiz əhalinin peşə hazırlığını yaxşılaşdırmaq, eləcə də işsizlərin ölkənin iqtisadi cəhətdən daha uğurlu regionlarına köçməsini stimullaşdırılmaq nəzərdə tutulur. Bu mərhələdə həmçinin daha çevik əmək məşğulluğu formalarının tətbiqi planlaşdırılır.
Proqramın ikinci mərhələsində əsas vəzifə kimi isə əcnəbi işçi qüvvəsinin, xüsusilə yüksək hazırlıqlı miqrant kadrların hazırda olduğundan daha uzun müddətə Rusiyanın əmək bazarına cəlb edilməsi durur. Bu mərhələdə ölkədə əcnəbi işçi qüvvəsinə olan real tələbat araşdırılacaq və müvafiq tədbirlər həyata keçiriləcək.
Nəhayət, proqramın üçüncü hissəsində Rusiyada kifayət qədər yüksək ixtisaslı milli işçi qüvvəsinə nail olmaq hədəfi qoyulur. T.Blinova vurğulayıb ki, bu məqsədə nail olmaq mümkün olsa, ölkədə əməyin minimum dəyərini artırmaq və bütövlükdə əmək haqlarını nəzərəçarpan dərəcədə yüksəltmək mümkün olacaq.
Yeri gəlmişkən, bu yaxıınlarda Rusiya Prezidenti Vladimir Putin rəsmi çıxışlarının birində bildirib ki, hazırda Rusiyada işsizliyin səviyyəsi 5,1-5,2 faiz təşkil edir ki, bu da qlobal maliyyə böhranının başladığı 2008-ci ilin əvvəlində olduğundan aşağıdır.
Lakin amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiyada real işsizlik rəsmi rəqəmlərdə göstərildiyindən azı 3 dəfə çoxdur. Məsələn, ictimai rəyi araşdıran məşhur "Gallup" institutunun hesablamalarına görə, Rusiyada hazırda işsizlik qadınlar arasında 22, kişilər arasında isə 19 faizə çatır.

{nl}

M.HACIXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında