Yaponiyalı seysmoloq Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan işləri yüksək qiymətləndirmişdir

Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (AMEA RSXM) Bakı stansiyasında olmuşlar.
AMEA RSXM-in Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, RSXM-in hazırda fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir.
Toru Kajivara RSXM-də aparılan işləri yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda həqiqətən də seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır".
Yaponiyalı seysmoloq Azərbaycanda seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hal adlandırmışdır. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB məkanındakı ölkələrdən, hətta dünyanın əksər ölkələrindən də öndədirlər.
Azərbaycanda bu sahədə aparılan işlərin onlarda maraq doğurduğunu vurğulayan qonaq ikitərəfli əməkdaşlığın hər iki ölkə üçün səmərəli olacağına əminliyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında