Ümumdünya Turizm Təşkilatının baş katibi: "Azərbaycanda turizmin inkişafı göz önündədir"

"Azərbaycanda turizmin inkişafı göz önündədir. Azərbaycan Avropa və Asiyanı birləşdirən İpək Yolu üzərində yerləşdiyindən ölkənin kulinariya və turizm potensialını təşviq edə və bunun nəticələrini görə bilərik. Bakıda gedən inkişafı hər səfərimdə hiss edirəm".
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda işə başlayan "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda iştirak edən BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib. Azərbaycanda üçüncü rəsmi səfərində olduğunu deyən T.Rifai, ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin əhəmiyyətindən də danışıb: "Şəhərin əvvəlki görünüşündən, uğur və nailiyyətlərə əsasən, deyə bilərəm ki, Azərbaycanda turizm sahəsində ilbəil inkişaf müşahidə olunur. Turizm sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur. Ümumiyyətlə, respublika rəhbərliyinin bu sahəyə diqqət ayırması diqqətəlayiqdir. Bu gün turizmin gücü inanılmazdır. May ayında Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" yarışmasını uğurla keçirməniz bir daha sübut edir ki, Azərbaycan gündən-günə inkişaf edir. Mən bu münasibətlə hər birinizi təbrik edirəm".
Baş katib qeyd edib ki, bu gün Bakıda öz işinə başlayan "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans çərçivəsində onun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur. T. Rifai bildirib ki, görüşdə turizm sahəsinin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli yeri müzakirə olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında