Naxçıvan-Batabat magistralı - Keçili avtomobil yolunun Külüs-Keçili hissəsi istifadəyə verilmişdir

Sentyabrın 5-də Naxçıvanda Külüs-Keçili avtomobil yolunun açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir. 
Mərasimdə çıxış edən Keçili kənd sakini Məhərrəm Məhərrəmov demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərindən Keçili kəndinə də pay düşmüş, kənd müasir görkəm almışdır. Yaradılan şərait nəticəsində kənddə bütün sosial problemlər öz həllini tapmış, yeni sosial obyektlər, yaşayış evləri, o cümlədən müasir məktəb binası tikilmişdir.
Müasir səviyyədə yenidən qurulmuş kənd yolunun istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirən Məhərrəm Məhərrəmov sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri yeni yolun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: "Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunun Şahbuzkənd, Külüs və Keçili kəndlərində də yeni kənd və xidmət mərkəzləri, məktəb binaları, həkim ambulatoriyaları tikilmiş, mənzillər təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunmuş, telefonlaşdırılmışdır. Əhalinin sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılmış, dövlətimiz tərəfindən kənd sakinlərinə təsərrüfatlarını genişləndirmək üçün kreditlər verilmişdir. Həyata keçirilən ardıcıl tədbirlər kəndlərdə insanların məskunlaşmasına, onların yaşayış səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır".
Müdriklərin "Abad yurd yolundan bəlli olar" fikrini xatırladan Ali Məclisin sədri demişdir ki, Naxçıvan-Batabat magistralından Keçili kəndinə qədər olan 18 kilometrlik avtomobil yolu da müasir tələblər səviyyəsində qurulmuşdur. Bu avtomobil yolundan Kiçikoba, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin 4700 nəfərə yaxın sakini istifadə edəcəkdir.
Ali Məclisin sədri demişdir ki, ötən il təbii fəlakətdən zərər çəkən ailələr üçün Külüs və Keçili kəndləri arasında yeni yaşayış massivi salınmış, yüksək şəraiti olan mənzillər sakinlərin istifadəsinə verilmişdir. Bu gün isə yeni yaşayış massivində Keçili kənd sakini, hərbi xidmət zamanı sağlamlığını itirmiş Nəzrəddin Zeynalovun ailəsi üçün yeni mənzil istifadəyə verilir. Bu, ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizdə insan amilinə və onun yüksək həyat standartları səviyyəsində yaşayışına göstərilən qayğı həyata keçirilən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir.
Ali Məclisin sədri bir daha sakinləri təbrik etmiş, onlara doğma kəndlərində firavan həyat arzulamış, yolun rəmzi açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Külüs kəndindən Keçili kəndinədək olan 6 kilometrlik yola yeni asfalt örtük salınmışdır. Tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət zolağından ibarət olan yolun üzərində 2 su keçidi və 12 suötürücü inşa olunmuş, yolun dağlıq ərazilərdən keçən hissələrində istinad divarları tikilmişdir. Naxçıvan-Batabat magistralından Keçili kəndinə qədər olan bu yolun ümumi uzunluğu 18 kilometrdir. Yenidənqurma işləri zamanı yolun 12 kilometrlik Naxçıvan-Batabat-Külüs hissəsində təmir işləri aparılmışdır.
Çətin dağlıq ərazilərdən keçən bu yolun müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilməsi sakinlərin rahatlığı və nəqliyyatın təhlükəsiz hərəkəti baxımından mühüm əhəmiyyət kəsb edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında