Şahbuzkənddə yeni körpü istifadəyə verilmişdir

Sentyabrın 5-də Şahbuzkənddə yeni körpünün açılışı olmuşdur. Açılış tədbirində çıxış edən Şahbuzkənd sakini İsaq Qurbanov bildirmişdir ki, son illər Naxçıvanda aparılan quruculuq işləri çərçivəsində Şahbuz rayonunun kəndlərində də məktəblər, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri inşa edilir, yollar, körpülər salınır, əhaliyə yüksək səviyyədə sosial xidmət göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün istifadəyə verilən kənd körpüsü də sakinlərin rahatlığına xidmət edəcək, gediş-gəliş asanlaşacaqdır. 
İ.Qurbanov göstərilən dövlət qayğısına görə sakinlər adından minnətdarlıq etmiş, tikilənlərdən, qurulanlardan səmərəli istifadə edəcəklərini bildirmişdir.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni körpünün istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: "Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək inkişafa nail olunmuşdur. Bu inkişafın və sabitliyin nəticəsidir ki, şəhərlərimizdə, kəndlərimizdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir, yaşayış məntəqələri abadlaşdırılır. Şahbuzkənddə yeni körpünün tikilməsi də muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin tərkib hissəsidir".
Görülən işləri ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi dəyərləndirən Ali Məclisin sədri bir daha kənd sakinlərini təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ərazidəki köhnə körpü uzun müddət istismar olunduğundan tələbləri ödəmirdi. Cari ildə bu problem həllini tapmış, Keçili çayının Şahbuzkənd ərazisindən keçən hissəsində yeni körpü tikilmişdir. Otuz ton yükgötürmə imkanına malik olan körpünün uzunluğu 12 paqonometr, eni isə 5 metrdir. Suyun istiqamətləndirilməsi üçün körpünün ətrafında dəmir-beton dayaqlar da inşa edilmişdir.
Bildirilmişdir ki, Şahbuzkəndi iki hissəyə ayıran Keçili çayının üzərində yeni körpünün tikintisi nəqliyyatın təhlükəsiz hərəkətini təmin edəcək, sakinlərin rahatlığına xidmət göstərəcəkdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında