Sosial qayğıya ehtiyacı olan Keçili kənd sakini fərdi yaşayış evi ilə təmin olunmuşdur

Naxçıvan Muxtar Respublikasında sosial qayğıya ehtiyacı olan vətəndaşlara hərtərəfli dövlət dəstəyi göstərilir. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu kateqoriyadan olan insanlar üçün ümumi yaşayış binaları və fərdi evlər tikilib istifadəyə verilir.
Bu tədbirlərin davamı olaraq Keçili və Külüs kəndləri arasında salınmış Yeni Keçili yaşayış massivində Keçili kənd sakini, hərbi xidmət zamanı sağlamlığını itirmiş birinci qrup əlil Nəzrəddin Zeynalovun ailəsi üçün fərdi yaşayış evi tikilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzilin açarını təqdim etmiş, ailəyə yeni mənzildə xoş günlər və firavan həyat arzulamışdır.
Nəzrəddin Zeynalov və ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
İki otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, mebel dəstləri və digər məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyətində yardımçı bina tikilmiş, ətrafı abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.
Yeni mənzillə təmin edilən ailəyə xalça hədiyyə olunmuşdur.
* * *
Sonra yeni çəkilmiş yolla Keçili kəndinə gələn Ali Məclisin sədri sakinlərlə görüşmüş, kəndin sosial-iqtisadi inkişafı və əhalinin məşğulluğu ilə maraqlanmışdır.
Kənd sakinləri Şahbuz rayonunun dağ və sərhəd kəndlərində kompleks quruculuq işlərinin aparılmasının əhəmiyyətini qeyd edərək bildirmişlər ki, tikilən müasir binalar, çəkilən yollar, kəndlərin inkişafına göstərilən hərtərəfli qayğı ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, dövlətimizin insan amilinə yüksək qayğısının təzahürüdür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında