Şahmat olimpiadası həlledici mərhələdə

İstanbulda keçirilən 40-cı Ümumdünya Şahmat Olimpiadası tədricən finişə yaxınlaşır. Deməli, medallar uğrunda mübarizə də getdikcə daha kəskin şəkil alır. Mükafatlara iddialı komandaların bu gərginliyə nə dərəcədə dözəcəyini son turlarda biləcəyik.
Azərbaycanın kişilərdən ibarət komandası səkkizinci turda Çin ilə matçdan sonra (2:2 hesabı ilə başa çatan bu görüşdə Şəhriyar Məmmədyarov qələbə qazanmış, Teymur Rəcəbov və Qədir Hüseynov rəqibləri ilə heç-heçəyə razılaşmışlar, Rauf Məmmədov isə uduzmuşdur) 12 xalla turnir cədvəlində yeddinci mövqedədir. Ukrayna, Hollandiya, Fransa, İsrail, Argentina və Polşanın da bir o qədər xalı vardır. Lakin onlar əlavə göstəricilərə görə yığmamızdan geri qalırlar. İkinci-altıncı yerləri bölüşdürən Çin, Ermənistan, ABŞ, Almaniya və Filippin bu rəqiblərdən cəmi bir xal irəlidədirlər. Cədvəlin zirvəsində 15 xala malik və təbii ki, daha yaxşı əhval-ruhiyyədə olan rusiyalı qrossmeysterlərin komandası qərar tutmuşdur. Səkkizinci turda vahid lider 39-cu olimpiadanın çempionu Ukrayna ilə prinsipial matçdan qalib ayrılmışdır-2,5:1,5.
Qadınların yarışında isə Azərbaycan şahmatçıları hesabat turunda yunanıstanlı rəqibləri üzərində qələbə sayəsində (2,5:1,5) xal ehtiyatlarını 11-ə çatdıraraq cədvəldə 26-cı pillədən 19-cu mövqeyə yüksəlmişlər. Yunanlarla görüşdə müvəffəqiyyəti dördüncü taxtada Xəyalə İsgəndərovanın dəqiq gedişləri təmin etmişdir. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Türkan Məmmədyarova öz görüşlərini heç-heçə başa çatdırmışlar. Bu turnirin lideri Çin komandası səkkiz matçda 14 xal toplamışdır. Sonrakı dörd yeri 13 xalla Rusiya, Fransa, Hindistan və Özbəkistan şahmatçıları tuturlar. Dünən keçirilən doqquzuncu turda kişi qrossmeysterlərimiz Polşa, qadın təmsilçilərimiz isə onlarla eyni miqdarda xal toplayan, lakin əlavə göstəricilərə görə 12-ci pillədə irəliləyən Gürcüstan komandası ilə görüşmüşlər.
* * *
Azərbaycan-Polşa - 2:2
Azərbaycan-Gürcüstan - 2,5:1,5

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında