Zərərçəkənlərin ailələrinə və yaralılara maddi və mənəvi dəstək

Xəbər verildiyi kimi, 31 avqust 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07:30-da keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşmuşdur. 
Hadisə nəticəsində Nəcəfquliyev Tahir Nəcəf oğlu (1965-ci il təvəllüdlü), Şahbazov Nizami Muxtar oğlu (1973-cü il təvəllüdlü), Əliyev Azər Taryel oğlu (1980-ci il təvəllüdlü), Xəlilov Rəfail Əmirəhməd oğlu (1978-ci il təvəllüdlü), İsgəndərova Mətanət İsmi qızı (1966-cı il təvəllüdlü), Əliyeva Yaqut Nəriman qızı (1957-ci il təvəllüdlü) dünyasını dəyişmiş və çoxlu sayda insan yaralanmışdır.
Ağır yol qəzası nəticəsində həlak olanların yerini heç nə ilə doldurmaq olmaz. Bu ağrını sözlə ifadə etmək olduqca çətindir. Bununla belə bu işdə zərərçəkmişlərə maddi və mənəvi dəstək olmaq xüsusilə vacibdir. Dara düşən vətəndaşına dövlətimiz hər zaman dəstək olduğu kimi, bu dəfə də Nəqliyyat Nazirliyinin struktur bölmələri tərəfindən hadisə nəticəsində həlak olanların ailələrinə 5000 manat, yaralananlara isə 500 manat məbləğində birdəfəlik yardım edilib. Bundan başqa qurumun nümayəndələri tez-tez xəstəxanada müalicə olunan yaralılara baş çəkir, onların ehtiyaclarını öyrənir, eləcə də həlak olanların yas mərasimlərində iştirak edir, zəruri ehtiyacların ödənilməsinə kömək göstəririlər.
Nadir ƏZMƏMMƏDOV, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında