Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 75 nəfər saxlanılmışdır. Sərhəd pozucularının 57-si Azərbaycan, 3-ü Rusiya, 3-ü Özbəkistan, 3-ü Moldova, 2-si Gürcüstan, ikisi Nigeriya, hər ölkədən bir nəfər olmaqla İran, Türkiyə, Qırğızıstan, Somali vətəndaşı və bir nəfəri isə vətəndaşlığı olmayan şəxsdir. Saxlanılan şəxslərin 61 nəfəri saxta sənədlə, 4 nəfəri gizli şəkildə ölkəmizin sərhədlərini keçməyə cəhd göstərmişdir.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 52 nəfər saxlanılmışdır.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 190 nəfər tutularaq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 122 kiloqram 432,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Belə ki, avqustun 2-də Yardımlı rayonunun Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sahibsiz 5,5 kiloqram marixuana, avqustun 6-da həmin rayonun Ostair kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sahibsiz 5 kiloqram həşiş, 950 qram tiryək, 690 qram heroin aşkar edilərək götürülmüşdür.
Avqustun 17-də Biləsuvar rayonundakı Şəhriyar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası tərəfdən dövlət sərhədini pozmuş 5 nəfər sərhəd pozucusu sərhədçilərin qanuni tələblərinə məhəl qoymamış, silahlı müqavimət göstərmiş və havanın qaranlıq olmasından, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçmağa nail olmuşlar. Hadisə yerinə baxış zamanı 3 bağlamada 66 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür.
Avqustun 18-də Astara rayonundakı Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs İran İslam Respublikası tərəfdən sərhədimizi pozmağa cəhd etmişdir. Sərhədçilərin xəbərdarlıq atəşindən sonra sərhəd pozucuları geriyə qaçmışlar. Baxış zamanı ərazidən 9 kiloqram həşiş aşkar olunmuşdur.
Avqustun 30-da Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə keçirilən tədbirlər nəticəsində İrandan Azərbaycana keçən Naxçıvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəcəfov Bəxtiyar Əsəd oğlunun idarə etdiyi "MAN" markalı Az 85-AD-799 dövlət qeydiyyat nömrəli yük maşınının qoşqusunun alt hissəsində ramaya maqnitlə yapışdırılmış 61 qram həşiş aşkar olunaraq götürülmüşdür.
Həmin gün Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfərin İrandan Azərbaycana keçməsinin qarşısı alınmışdır. Sərhəd pozucularının yaxalanması zamanı sərhəd naryadlarına odlu silahdan atəş açılmış, sərhədçilərin cavab atəşindən sonra sərhəd pozucularının biri-1976-cı il təvəllüdlü Behnəm Pənahi Şirəli saxlanılmış, həmin ərazidən 35 kiloqram həşiş və bir tapança götürülmüşdür.
Ay ərzində 4 halda Azərbaycan və İran vətəndaşları az miqdarda narkotik vasitələri bədənlərində və ya əl yüklərində gizlədərək sərhədi keçirməyə cəhd edərkən saxlanılmışlar.
"Xaş-xaş-2012" şərti adı altında keçirilən tədbirlər nəticəsində avqustun 14-də Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 1270 kiloqram olan 1850 ədəd çətənə kolu aşkar edilərək yerli icra hakimiyyətinin, hüquq mühafizə, bələdiyyə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılmışdır.
Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 61 halda ümumi dəyəri təqribən 410 min manat olan qaçaqmal, o cümlədən 2 tapança, 8 ədəd 9 millimetrlik patron, 20 kiloqram qırma, 25 ədəd 16 millimetrlik giliz, 100 giliz tıxacı, bir mina axtaran cihaz, 2262 mobil telefon, 2336 mobil telefon aksesuarı, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında