Terrorizmin milliyyəti və yaxud dini mənsubiyyəti olmur

"Müasir beynəlxalq münasibətlər sistemi həm Avropada, həm də müsəlman ölkələrində tanınmış ümumbəşəri dəyərlər əsasında qurulmalıdır. Yeni nəsil müasir dünyamızı elmi, ilahiyyatı, tarixi, antropologiyanı öyrənmək yolu ilə dərk etməlidir. Terrorçuluq nəticəsində Avropada və dünyanın digər ölkələrində islamofobiya təhlükəsi yaranır ki, bu da ciddi problemdir və yeni meydan oxuma hallarına gətirib çıxara bilər. Buna görə də bütün dünyanın müsəlmanları İslamın yanlış izah edilməsindən narahatlıq hissi keçirirlər".
Bu sözləri AŞPA-nın üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyinin (BAB) prezidentinin müşaviri Əlövsət Hüseynquliyev söyləmişdir.
Ə.Hüseynquliyev demişdir ki, Qərb dünyası tez-tez terrorizmin səbəbini yanlış olaraq İslamda görür və bunu dini müstəviyə keçirməyə cəhd göstərir. Bu, İslamın müsəlman ənənələri nəzərə alınmadan Avropa mentallığı baxımından izah edilməsinin çox yanlış təzahürüdür. Nəzərə almaq lazımdır ki, terrorizmin milliyyəti və yaxud dini mənsubiyyəti olmur. Təəssüflər olsun ki, bəzi mətbuat orqanları mədəni və dini dialoq yaradılması əvəzinə öz səhifələrinə və elektron xəbər buraxılışlarına yalnız ekstremistlərin, əksər hallarda bəzi müsəlmanların törətdikləri qanlı hadisələri çıxarırlar.
Ə.Hüseynquliyev hesab edir ki, ekstremizmin və terrorizmin mümkün inkişafının sosial himayəsini azaltmaq üçün KİV-lərdə zorakılığın təbliğatı məhdudlaşdırılmalıdır. Dünya mətbuatının nümayəndələri terrorizm və ekstremizm əleyhinə ideologiyanı geniş kütlələrə çatdıra bilərlər və bu, beynəlxalq terrorizmə qarşı mübarizədə güc strukturlarına fəal kömək olardı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında