Zaqatalada təhsil sistemi zamanın tələbləri səviyyəsində yenidən qurulur

Bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının gündən-günə artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində, ulu öndərimiz, Böyük Azərbaycanlı Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur.
İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir"- fikri təhsilin dövlət siyasətinin mərkəzi obyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblər, uşaq bağçaları, uşaq evlərinin tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, yeni dərsliklərin - tədris vəsaitlərinin çap edilərək şagirdlərə pulsuz çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedaqoji kadr hazırlığı, kadrlarla təminat və uzaq kəndlərə işləməyə gələn gənc müəllimlərə dövlət güzəştləri və sair bu kimi tədbirlər milli təhsilimizin möhkəm təməllər, elmi proqramlar əsasında qurulduğundan və düzgün inkişaf etdirildiyindən xəbər verir.
Pespublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafin mühüm amilinə çevrilməsini təmin etməlidir - fikrini əsas götürən ölkə rəhbəri 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında sərəncam imzalamış, artıq bu sahədə böyük iş başlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiyası , təhsil islahatlarına dair dövlət proqramları , ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Təhsil Qanunu, Azərbaycan hökuməti və Təhsil Nazirliyinin hüquqi-normativ sənədlərindən irəli gələn vəzifələri əsas meyar kimi qəbul etmiş Zaqatala rayonunun təhsil işçiləri də 2011-2012-ci tədris ilində gənc nəslin daha keyfiyyətli təhsilə yiyələnməsi üçün səylə çalışmışlar.
Ümumiyyətlə, 2011 - 2012 ci tədris ilində rayonda fəaliyyət göstərən 111 təhsil müəssisəsindən 60-ı birtipli layihə əsasında tikilmiş binalarda , 51-i uyğunlaşdırılmış binalarda fəaliyyət göstərmişdir. Rayon təhsil şöbəsinin də ayrıca binası yoxdur. Növbəti dərs ilində Şöbəi üçün ayrıca binanın tikilməsinə nail olmaq məqsədlərimizdən biridir.
İcbari təhsilin həyata keçirilməsi üçün rayonun ərazisində yaşayan 6-16 yaşlı uşaqların siyahıları dəqiqləşdirilmişdir. Xəstəliyə görə 154 nəfər şagird fərdi təhsilə cəlb edilmişdir. Rayon ərazisində təlimdən kənarda qalan və məktəbdən yayınan olmamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 24 avqust 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş " Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna uyğun olaraq rayon ərazisində müntəzəm iş aparılmışdır. Valideyn himayəsindən məhrum olan uşaqların və övladlığa uşaq götürmək istəyənlərin qeydiyyatı aparılmış, əlaqədar təşkilatlarla birgə qəyyum - himayəçilərlə görüşlər keçirilmişdir. 2012-cu ilin yanvar ayının 1-nə olan statistik məlumata görə, rayon ərazisində valideyn himayəsindən məhrum olmuş 120 uşaq qeydiyyata götürülmüşdür. Bunlardan 53 nəfəri qəyyum himayəsinə verilmiş, 67 uşaq isə övladlığa götürülmüşdür. 2011-ci ildən keçən dövr ərzində valideyn himayəsindən məhrum olan 9 uşaqdan 3 nəfəri övladlığa , 2 nəfəri qəyyumluğa, 4 nəfəri isə himayəyə verilmişdir.
Artıq dörd ildir ki , Azərbaycan Respublikasının Təhsil Konsepsiyası " Kurrukulum " təlimi qüvvəyə minib. I-IV siniflər üçün fənn kurrukulumları təsdiqlənib. Kurrukulum təlimi ilə işləyən ibtidai siniflər artıq V sinfə çatmışdır.
Hər il olduğu kimi, 2012-2013-ci dərs ilində də ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək müəllimlər müəyyənləşdirilmişdir. Təhsil Nazirliyinin əmrinə əsasən hazırlanmış təlimçilər tərəfindən 580 nəfər (dil ədəbiyyat, riyaziyyat, informatika, tarix, ingilis dili, təsviri, texnologiya, musiqi, fiziki tərbiyə, həyat bilgisi fənni üzrə) V sinifdə dərs deyəcək müəllimlər öyrədici kurslara cəlb edilmişlər və müvafiq sertifikatlar almışlar.
"Təhsil sisteminin informasiyalaşdırılması" layihəsi üzrə keçirilən treninqlərə müəllimlər və məktəb rəhbərləri cəlb ediliblər. 1000-dən çox müəllim müxtəlif kurslardan keçmişdir. Artıq rayonun müəllimləri 2010-cu ildən keçirilən Avropa İnnovativ Müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsinə qoşulmuşlar.
2011-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ş.Qurbanov adına şəhər 3 saylı tam orta məktəbinin direktoru Elmira Haciyeva "Tərəqqi"medalı ilə təltif olunmuşdur.
Yuxarı Tala 2 Saylı tam orta məktəbinin informatika müəllimi Səadət Dibirova "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Bundan başqa rayonun ümumtəhsil məktəblərinin şagirdləri respublika müsabiqələrində də fəal iştirak etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ümummilli liderin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev uşaqların gözu ilə" inşa müsabiqəsinin rayon turunun qalibi Qımır kənd tam orta məktəbinin X sinif şagirdi Lamiyyə Həşimova müsabiqənin respublika mərhələsində iştirak etmiş və IV yerə layiq görülmüşdür.
Sevindirici haldır ki,Təhsil Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və YUNİSEF- in layihəsinin həyata keçirilməsi üçün rayonumuzun iki məktəbi - Suvagil 1 saylı və Ş.Qurbanov adına şəhər 3 №-li tam orta məktəbləri pilot məktəblər seçilib. Xatırladaq ki, respublikada cəmi 10 pilot məktəb seçilmişdir. Hər iki məktəbdə layihənin həyata keçirilməsində göstərilən nəticələr nazirliklər və YUNİSEF tərəfindən yüksək qiymətləndirilmişdir.
Respublika məktəbləri arasında keçirilən dostluq və əməkdaşlıq görüşləri, təcrübə mübadiləsi tədrisin və təlimin inkişafına müsbət təsir göstərən amillərdəndir. Rayonun Ş.Qurbanov adına 3 saylı tam orta məktəbi ilə Qax şəhər 2 saylı tam orta məktəbi arasında belə görüş keçirilmiş və il ərzində təhsilin kefiyyətinin yüksəldilməsi naminə qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Zaqatala rayon Uşaq Gənclər Şahmat məktəbinin şahmatçıları Respublika və Beynəlxalq yarışlarda müəyyən uğurlar qazanmış və rayonumuzu layiqincə təmsil etmişlər. Məktəbin yetirmələrindən Dibirova Ruhangiz Macarıstanda keçirilən Avropa Çempionatında, Səbuhi Qurbanov isə İspaniyada keçirilən dünya Birinciliyində iştirak etmək hüququ qazanmışlar .
Rayon Təhsil Şöbəsi öz fəaliyyətində " Təhsil sistemində tərbiyə işinin vəziyyəti, reallıqlar, perspektivlər haqqında" kollegiya qərarına uyğun, fənlərin tədrisi prosesində, sinifdənxaric və məktəbdənkənar tədbirlərin həyata keçirilməsi zamanı şagirdlərin ideya, əxlaqi, əmək və peşəyönümü, estetik , ekoloji, dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik tərbiyəsi sahəsindəki işinə xüsusi diqqət yetirmişdir.
Respublikada keçirilən idman yarışlarında Zaqatala idmançıları xüsusilə fərqlənmişlər. 2011-2012-ci tədris ilində keçirilən "Cəsurlar" Respublika hərbi idman və turizm oyunlarında Aşağı Tala 1 saylı tam orta məktəbin gənc "Cəsurlar" komandası zona birinciliyinin qalibi olmuş, respublika mərhələsində həvəsləndirici yeri tutmuşdur. Rayon birinciliyinin qalibi olmuş Mosul kənd tam orta məktəbin gənc "Şahin" komandası 2012-ci ilin aprel ayında Balakən rayonunda keçirilən zona birinciliyində fəal iştirak etmiş və 2-ci yeri tutaraq may ayının 10-da Bakı şəhərində keçirilən Respublika birinciliyinin final mərhələsində iştirak etmiş və 2-ci yeri tutmuşdur.
Rayon Təhsil Şöbəsi il boyu ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi məsələsini nəzarətdə saxlamış, məktəb kollektivlərində əmək intizamı gücləndirilmiş, şagirdlərin bilik, bacarıq və vərdişlərinin faktik vəziyyətini öyrənmək üçün monitorinqlər aparılmışdır.
Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu Konstitusiyanın 21-ci maddəsi ilə təsbit edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dili ilə əlaqədar imzaladığı fərmanların icrası istiqamətində görülən işlər davam etdirilmiş, bu fənnin tədrisi ilə əlaqədar monitorinqlər keçirilmiş və nəticələr RTŞ-də müzakirə edilmişdir. Tədris ili ərzində rayon prokurorluğunun, Polis Şöbəsinin, MTN-nin rayon şöbəsinin və dini qurumlar üzrə dövlət komitəsinin simal-qərb şöbəsinin əməkdaşları müntəzəm olaraq şagirdlərlə görümüş və onlarla söhbətlər aparmışlar.
Müəllimlərin vəzifə funksiyalarının yerinə yetirilməsini təmin etmək, onların fəaliyyətini öyrənmək, metodiki hazırlığını, innovativ təlim üsullarına yiyələnmələrini təmin etmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq üçün rayon ərazisində olan " Dayaq məntəqələri"nin işi yenidən qurulmuş və AMİ-nin Zaqatala filialının əməkdaşları məntəqələri metodiki ədəbiyyatla təmin etmişlər. İl ərzində məktəblərdə" Açıq qapı " günlərində dayaq məntəqələrinin planına əsasən 250-dən çox açıq dərslər keçirilmiş, Qabaqcıl müəllimlərin yeni təlim üsulları ilə qurulan iş təcrübələri öyrənilib, yayılmışdır.
Bu il rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 1434 nəfər məzundan 604 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 284 nəfəri tələbə adını qazanmışdır. Rayon üzrə 12 nəfər 600-dən yuxarı, 30 nəfəri 500 dən yuxarı bal toplamışlar.
Məlumat üçün bildirək ki, XI illik bazadan orta ixtisas məktəblərinə bu tədris ilinin məzunlarından 40 nəfəri qəbul olunmuşdur.
Zaqatala təhsilini zirvələrə aparan məzunlarımızı biz daim alqışlayırıq və onlara ali məktəb həyatında daha böyük uğurlar arzulayırıq.
Azərbaycan cəmiyyətində nüfuzlu müəllim həmişə hörmətli insan kimi qəbul edilmişdir. Umumili lider Heydər Əliyev deyirdi ki , mən müəllimdən yüksək ad tanımıram. Dövlətimiz müəllimlərin əməyinə həmişə yüksək qiymət vermişdir. Rayonumuzun müəllimlərindən 6 nəfəri son illər " Əməkdar müəllim" fəxri adına, 5 nəfəri " Tərəqqi" medalına, 16 nəfəri isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür.
Müəllim savadlı, kamil insan olmalıdır ki , hamı ondan nəyisə öyrənmək istəsin. Səriştəli, peşəkar müəllim olmaq üçün isə daim oxumaq, öyrənmək,yeniliyi işdə tətbiq etmək lazımdır. Müqəddəs kitabımız Qurani Kərimin buyurduğu kimi " İnsan beşikdən qəbrə kimi öyrənməlidir". Bu gün də müəllimlərimizin sıralarında öz nümunəvi davranışı, yaradıcı əməyi ilə seçilən və vəzifə borcunu ləyaqətlə yerinə yütirən, müstəqil Azərbaycanımızı gələcəyə doğru aparacaq yeni insanın formalaşmasında iştirak edən , öz işinin ustası olan müəllimlərimiz az deyildir.
Məktəblərin maddi-texniki bazasının yaradılması daim diqqət mərkəzindədir. Dövlət Proqramına əsasən Dövlət vəsaiti hesabına, cari tədris ilinə Muxax 3 saylı,Sabunçu kənd ümumi orta, Zəyəm və Bazar kənd ümumi orta məktəbinin tikintisinə başlanmış və son tamamlama işləri aparılır.
İnamla deyə bilərik ki, təhsil müəssisələrinin təmirində, onların maddi- texniki bazasının təmin edilməsində, təhsildə olan bütün problemlərin həlli sahəsində ölkə prezidentinin köməklik və qayğısını daim hiss etmişik. Məktəblərə göstərilən bu diqqətə və qayğıya görə bütün pedoqoji işçilər adından Respublika Prezidenti İlham Əliyevə, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Yeni dərs ilində rayonun təhsil işçilərini milli təhsilimizin təkmilləşdirilməsi ilə bağlı respublika rəhbərliyinin qarşıya qoyduğu tələblərin, İslahat Proqramının, Yeni Təhsil Qanununun həyata keçirilməsi sahəsində əzimkarlıqla çalışacaqdır. Odur ki, əldə etdiyimiz nailiyyətlərdən arxayınlaşmamalı, yeni dərs ilində daha yüksək nəticələr əldə etmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik və edəcəyik. Biz öz fəaliyyətimizdə dövlətin qarşımıza qoyduğu vəzifələri əsas götürmüşük. Eyni zamanda, Təhsil Nazirliyinin, yerli rəhbərliyin, xüsusən, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qayğısını daim görmüşük. Bu qayğıya əməli işlə cavab verəcəyimizə əminik.

{nl}

Habil QURBANOV, Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında