Tələbə-kimyaçılara əmək kitabçaları verildi

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda, həmçinin Nəqliyyat və Xüsusi texnika idarəsində iki aylıq yay təcrübəsi başa çatmış ali məktəb tələbələri və məzunları ilə hesabat görüşü keçirilmişdir.
Bakı Dövlət Universiteti, Neft Akademiyası və Qafqaz Universitetinin tələbə və məzunları Birliyin müəssisələrində mühəndis-texnoloq, iqtisadçı, ekoloq kimi çalışmış, ali məktəbdə aldıqları elmi-texniki bilikləri təcrübədə təkmilləşdirmişlər. Hesabat görüşündə gənclər bu barədə məlumat vermiş və onlar üçün yay təcrübəsi zamanı yaradılmış əlverişli iş və məişət şəraitinə görə kimyaçılar kollektivinə minnətdarlıqlarını bildirmişlər. Tələbələrin təcrübə rəhbərləri gənclərin iş zamanı yaxşı bilik, kimya istehsalatına böyük maraq və həvəs göstərdiklərini, gələcəkdə onların hər birini kimya istehsalatında, öz sıralarında görmək arzusunda olduqlarını ifadə etmişlər. Yay təcrübəsi başa çatmış tələbələrin hər birinə iki aylıq maaş, xüsusi hədiyyələr və onların əmək bioqrafiyalarına məhz "Azərikimya" istehsalatlarından başladıqlarını təsdiq edən əmək kitabçaları təqdim edilmişdir.
Sabahın gənc mütəxəssisləri ali təhsillərini başa vurduqdan sonra onlar üçün artıq doğmalaşmış olan müəssisələrə qayıdaraq burada çalışacaqlarını bildirmişlər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında